Yay üçün  ən dəbli   saç düzümləri - Ulduz bərbərlər   AÇIQLADI
10 may 2023 18:13 (UTC +04:00)

Yay üçün ən dəbli saç düzümləri - Ulduz bərbərlər AÇIQLADI

Stilist Sam McKnight 1990-cı illərin həcmli saç düzümlərini bu yayın trendi adlandırıb.

Lent.az xəbər verir ki, o, bu saç modelinin uzun illər dəbdən düşmədiyini və gələcəkdə də trendlər arasında həmişə olacağını bildirib. 

Bundan əlavə, “glam rok” adlı saç düzümü də trendlərdən biridir. Mütəxəssislərin fikrincə, 1970-ci illərdə xüsusilə məşhur olan dağınıq saçlar qarşıdan gələn yay mövsümündə yenidən dəbə minəcək. 

“Saçları boyun və ya qulaqlara qədər kəsdirməyə çalışın. Saç modeli yanaq sümüklərini və çənə xəttini daha yumşaq göstərəcək”, - stilist açıqlayıb.

Həmçinin, bir düyümlə bağlanmış at quyruğu saçlar da bu sezon aktual olacaq. Saçınızı at quyruğu halına salın, iki hissəyə bölün və sonra bir düyünlə bağlayın. Əgər nazik saçlarınız varsa, onları bir dəfə bağlayın və sancaqlayın. 

Stilistin sözlərinə görə, saçınız nə qədər səliqəsizdirsə, bir o qədər yaxşıdır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3453
avatar

Sevinc Fərid

Oxşar yazılar