Xanımlar gözəl görünmək üçün nə etməlidir? 
19 may 2021 22:10 (UTC +04:00)

Xanımlar gözəl görünmək üçün nə etməlidir? 

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bu istək çox vaxt böyük maliyyə və zövq nəticəsində gerçəkləşir. 

Lent.az gözəl görünmək istəyən qadınlar üçün bəzi məsləhətləri təqdim edir:

Yaraşan rənglər

Geyim seçərkən saç, göz və üz dərisinin rəngi nəzərə alınmalıdır. Məsələn, saçı və gözü qara rəngdə olan xanımların tünd geyimlərdən imtina etməsi məsləhətdir. 

Geyiminiz eyiblərinizi örtsün

Qadınlar çox vaxt dəbə aldanırlar. Əslində dəbdə olan rəngi, geyimi deyil, yaraşan və ən əsası qüsurları örtən geyimlərə üstünlük verməlidir. Məsələn, çəkisi çox olan xanımlar açıq rəngli geyimlərdən az istifadə etməlidir. 

Üz dərisinin rənginə uyğun makiyaj 

Gözəl görünmək üçün makiyaj vaistələrində doğru rəng seçilməlidir. Tonal krem seçərkən daha diqqətli olmaq lazımdır. 

Üz quruluşuna görə saç modeli 

Qadının gözəl görünməsi üçün saç önəmlidir. Məsələn, geniş yanaqlı və yumru üz quruluşuna sahib xanımlar, qat-qat saç modeli seçməlidir. Əgər qısa saç model seçilirsə, bu zaman  arxadan önə doğru uzun kəsilən saçlarla iri yanaqları gizlətmək mümkündür. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Nigar Adil

Oxşar yazılar