Selülitdən necə xilas olmalı?- Evdə bunları edin!
10 aprel 2021 19:24 (UTC +04:00)

Selülitdən necə xilas olmalı?- Evdə bunları edin!

Xüsusilə, yaz və yay aylarında xanımlar selülitləri özlərinə kompleks edirlər. Selülit dəridə girintili-çıxıntılı portağal qabığına oxşayar görünüş yaranmasına səbəb olan hala deyilir. Dəri altındakı yağ birləşdirici toxumaya yaslanaraq selülit yaradır. Bundan əlavə, yaş keçdikcə dəri elastikliyini itirir və bu da selülitin artmasına və ya daha da çox görünməyinə səbəb olur.Selülitsiz bir bədən üçün sağlam qidalanma, bol hərəkət kifayət etmir. “Portağal qabığı” deyilən bu xoşagəlməz problemdən xilas olmaq üçün bəzi qaydaları bilmək lazımdır.

Lent.az xarici KİV-ə istinadən verdiyi məlumatlarla hər bir xanımı bu kabusdan xilas edəcək məqamları təqdim edir:

Həkimlər bildirir ki, çəkisindən asılı olmayaraq qadınların 85 %-i yeniyetməlik dövründən sonra selülitlə üzləşir. Yağın parçalanma forması, dərinin elastikliyi və yağın ayağın iç tərəfinə, qolların iç tərəfinə və sinəyə paylanması isə estrogen hormonu ilə əlaqədardır. Yəni selülit qadın bədəninin təbii bir parçasıdır. Selülit qorxulu, təhlükəli bir şey deyil. Və əslində təmamilə yox olan bir şey də deyil. Sadəcə müəyyən addımlarla görünüşünü azalda bilərsiniz. Evdə selülitin görünüşünü bir neçə üsul ilə azalda bilərsiniz.

Sağlam qidalanın

Bədəndə həddindən artıq yağ olanda görünüşdə də selülit artır. Bol-bol su için. Sağlam qidalanmaq həm də orqanizmdəki iltihablanmanı da təmizləyəcək. Beləcə selülitin görünüşü azalacaq.

İdman edin

Hərəkət edin. Yağları əridin, qan dövranını sürətləndirin və nəticədə dəri altındakı yağları azaldaraq selülit görünüşünü azaldın.

Masaj elətdirin

Elətdirə bilmirsinizsə gündəlik olaraq quru fırça ilə özünüz masaj edin. Selülit olan bölgədə qan dövranı sürətlənib, limfa sistemi tənzimlənəndə selülitin görünüşü də azalır.

Duşda skrablardan istifadə edin

Kofe skrabı selülitə qarşı kömək edə bilir. Ən əsası isə, qəbul edin ki, bu ayıb, zərərli bir şey deyil. Təbii bir parçamızdır. Sadaladığımız qaydalara riayət edərək bunu azlada və istədiyiniz görünüşə sahib ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3630
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar