Sağlamlığa zərər verən dəb vərdişləri  – Bunlardan çəkinin
26 aprel 2023 19:27 (UTC +04:00)

Sağlamlığa zərər verən dəb vərdişləri – Bunlardan çəkinin

Gündəlik həyatımızda istifadə etməkdən zövq aldığımız paltar və aksesuarlar bəzən sağlamlığımıza təhlükə yarada bilər. Moda dünyası aksessuardan tutmuş ayaqqabıya qədər bir çox sahədə bizi ələ keçirib. Kənardan gözəl görünsə də, dəbdə olan bəzi şeyləri gündəlik həyatımızda davamlı istifadə etdikdə əslində sağlamlığımız təhlükə altına alınır. 

Bəs, bu hansı dəb vərdişləridir? 

Lent.az onları təqdim edir: 

Dar geyinmək

Bu gün ən məşhur moda tərzlərindən biri dar şalvardır. Amma çox dar paltarlar qan dövranına təsir edir. Belə geyimlər hətta varikoza səbəb bilər. Xüsusilə kişilərdə cinsi sağlamlıq problemlərinə səbəb olan bu dar paltarları geyinməzdən əvvəl iki dəfə düşünmək lazımdır.

Süni dəri 

Dəri gödəkcələr və şalvarlar hər dövrün dəbidir. Bununla belə, alınan dəri geyimlərin formaları son dərəcə vacibdir. Süni dəri məhsulları uzun müddətli istifadədə dəridə ciddi problemlər yaradır. İstehsalatda kimyəvi maddələrlə hazırlandığını nəzərə salsaq, bu məhsulların həm keyfiyyətsiz, həm də zərərli olduğunu söyləmək mümkündür. Təəssüf ki, süni dəri məhsulları əsl dəri geyimlərindən daha aşağı qiymətə satıldığı və vizual aldatmalarla bəzədildiyi üçün ən çox satılan məhsullar sırasındadır.

Saxta eynək 

Göz sağlamlığı son dərəcə vacibdir. Bəzi eynəklər ucuz istehsal dəyərinə görə optik şüşədən istifadə etmək əvəzinə slyuda və plastik məhsullardan hazırlanır. Bu eynəklər qəşəng görünüşə malik olsalar da, göz sağlamlığını ciddi şəkildə təhdid edir. 

Dabanlı və düz ayaqqabılar 

Dəbin mühüm elementlərindən biri də ayaqqabılardır. Əsasən də qadınlar onlara xüsusi dəyər verir. Ancaq xanımlar çalışıb rahatlığına və ortopediyasına uyğun ayaqqabı modeli seçməlidirlər. Həddindən artıq hündür dabanlı və ya düz dabanlı ayaqqabılar onurğa formasına, pis duruşa və bel ağrısı kimi problemlərə səbəb ola bilər.

Saxta aksessuarlar 

Qadınların vazkeçilməz aksesuarlarından olan zinət əşyaları dəbin bir parçası olsa da, alarkən diqqət edilməlidir. Belə ki, saxta aksessuarlar dəridə tük tökülmədən tutmuş qaşınmaya, allergiyadan ekzemaya qədər ciddi sağlamlıq problemlərinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Sevinc Fərid

Oxşar yazılar