“Prada” brendinin payız-qış kolleksiyası – Keçmişin romantikası
26 fevral 2024 15:07 (UTC +04:00)

“Prada” brendinin payız-qış kolleksiyası – Keçmişin romantikası

Bu mövsüm “Prada” markasının payız-qış kolleksiyası dəri paltolar, pastel rəngli köynəklər, əyri astarlı şalvarlar və tüklü pilot papaqlardan ibarətdir. 

Lent.az xəbər verir ki, kolleksiyada qadınlara cəsarətli görünüş verən qələm ətəkləri də görmək mümkündür. 

Brendin sadalanan bütün geyimləri 80-90-cı illərin dəbini xatırladır. Belə ki, bu paltarlar alıcılarda nostalji hisslər yaradır. 

“Prada”nın pastel rənglərə olan həvəsi isə şəffaf sürüşkən paltarları və lent detallarını müəyyənləşdirir.

Brendin dəri gödəkcələrində idman vurğuları da nəzərdən qaçmır. Qısa formalı motosiklet gödəkcələri isə incəlik nümayiş etdirən bəzəkli başlıqlar ilə birləşdirilir.


 

# 2409
avatar

Sevinc Fərid

Oxşar yazılar