Payızın  dəbli papaq modelləri
04 oktyabr 2022 17:17 (UTC +04:00)

Payızın dəbli papaq modelləri

Bu ilin payız mövsümünün dəbli papaqları açıqlanıb. 

Lent.az-ın "Woman's Day" saytına istinadən məlumatına görə, yeni sezonda beret tipli papaqlar dəbdə olacaq. 

Belə formada şapkalar əsasən qısa saçlı xanımların vazkeçilməzidir. Kapitan şapkalarına oxşayan papaqlar da bu ilin trendləri arasındadır. Onları xəz paltolarla kombinləmək daha dəbli görünməyinizə kömək edəcək. Bu papaqlar böyük həcmli sırğalarla və qırmızı pomada ilə daha da tamamlanacaq. 

2000-ci illərin dəbi olan baş bandı da bu mövsüm yenidən dəbdədir. Bandın trend olmasının əsas səbəbkarlarından biri aktrisa və model Nikola Peltsdir. Paparazzilərə yaxalanan aktrisanın tünd rəngli köynəklə kombin etdiyi yaşıl midi yubkasını qara rəngli bandı ilə tamamlaması diqqətləri öz üzərinə çəkib. 

# 4812
avatar

Sevinc Fərid

Oxşar yazılar