Türkiyəli müğənni Ebru Yaşar çıxış etdiyi konsertdə bahalı boyunbağısı ilə diqqət çəkib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebrunun ağ libası üzərinə taxdığı “Bvlgari” markalı boyunbağının qiyməti 1 milyon lirə (təxminən 116 min manat) dəyərindədir.
Xatırladaq ki, sənətçi dizində olan zədəyə görə bir müddət səhnələrdən uzaq düşmüşdü. Bundan sonra ilk dəfə açıqlama verən müğənni bir daha qırmızı paltar geyinməyəcəyini bildirib.