Moda sektoruna 2023 DAMĞASI
03 aprel 2023 11:15 (UTC +04:00)

Moda sektoruna 2023 DAMĞASI

Pandemiyanın bütün sektorlara vurduğu zərbə bir çox markanın bazardan silinməsinə səbəb olub. Moda sənayesi də bu zərbədən əziyyət çəkən sektorlar arasındadır. Bu prosesdə ən çox əziyyət çəkən brendlər rəqəmsal transformasiya proseslərinə və e-ticarət fəaliyyətlərinə inteqrasiya edə bilməyənlər olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin 2022-ci il üçün açıqladığı məlumatlara görə, 2022-ci ildə hazır geyim və geyim sənayesinin ixrac göstəriciləri 2021-ci ilin eyni ayları ilə müqayisədə 13,8% artıb.

3 milyard 441 milyon dollara çatan geyim ixracat rəqəmləri bütün zamanların rekordunu qırıb. Moda sənayesi 2023-cü ildə e-ticarətin parlayan ulduzu olacaq. 

Statistik məlumatları nəzərə salsaq, moda sektoru 2023-cü ildə qlobal e-ticarət bazarının ən böyük seqmentini təşkil edəcəyini görərik. İstehlakçı davranışı ilə bağlı başqa bir araşdırmaya görə, istehlakçıların 80 faizi öz dəyərləri ilə yaxın olduqları markaların məhsullarını almağa üstünlük verirlər.

"Təsəvvür edə biləcəyiniz hər şey həqiqətən realdır!" Devizi ilə həm daxili, həm də qlobal bazarda istehlakçıların diqqətini çəkməyi bacaran "NS Sposa" moda sektorunda böyüməyə nail olan markalar sırasındadır.

Pandemiyadan qısa müddət əvvəl qurulsa da, pandemiya dövründə rəqəmsal transformasiya ilə tez və dəqiq inteqrasiya edərək ayaqda qalmağı bacaran markalardan biri olan "NS Sposa" ciddi artım əldə edən nadir mağazalardan biridir.

Türkiyə İxracat Birliyinin məlumatlarına görə, 2022-ci ildə hazır geyim sektorunda ən çox ixracat edən ölkə 332 milyon dollarla Almaniya olub. Almaniyanı 216 milyon dollarla İspaniya, üçüncü yeri isə 167 milyon dollarla İngiltərə tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Fidan İlqar

Oxşar yazılar