Kalqotkalı  kişilər  - Gələcək moda trendi
18 aprel 2023 18:54 (UTC +04:00)

Kalqotkalı kişilər - Gələcək moda trendi

Bir neçə il ərzindən kişilər üçün kalqotkalı geyimlərin trend olacağı gözlənilir. 

Lent.az “CNN”ə istinadən xəbər verir ki, amerikalı teleaparıcı Tan Frans belə bir geyimi ilə gündəmə gəlib. Bundan əvvəl isə Harri Stils “Beauty Papers” jurnalının üz qabığı üçün torlu kalqotka ilə kameralar qarşısına keçmişdi. 

Bu geyimlər moda sahəsində böyük səs-küyə səbəb olmuşdu. Həmçinin, “Van Halen” metal qrupunun üzvü olan  David Li Rot da 80-ci illərdə səhnədə geyindiyi qalın taytlar ilə tanınırdı. 

Qeyd edək ki, belə taytlar, kalqotkalar 19-cu əsrdə geyilirdi.  Əsasən də yüksək statuslu kişilərdə bu geyimi görmək mümkün idi. 

Məlumata görə, son illər bu tendesiya yenidən gündəmə gəlib. Artıq bir neçə məşhur səhnələrdə bu taytlarla, torlu kalqotkalarla çıxış edib. Gələcəkdə onların daha da dəb halına çevrilməsi istisna deyil. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Oxşar yazılar