Həqiqi “Rapunzel”  - Boyu qədər saçı var - FOTOLENT
12 avqust 2021 14:30 (UTC +04:00)

Həqiqi “Rapunzel” - Boyu qədər saçı var - FOTOLENT

Saçları ilə “Rapunzel” ləqəbini alan ukraynalı qadın, görənləri heyrətləndirir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Ukraynanın Odessa şəhərində yaşayan vəkil Alla Perkova uşaqlıqdan bəri heç vaxt saçını kəsdirməyib. Saçlarını hər 2 gündən bir yuduğunu deyən qadın təbii şampunlardan istifadə edir. Saçlarına daim qulluq edən və onların daha da uzun olmasına çalışan Perkova, bu diqqət çəkici saç uzunluğuna görə, İnstaqramda 34 min izləyiciyə sahib olub.

Saçlarını kəsmədən və uzatma məhsulları istifadə etmədən böyütdüyünü söyləyən 37 yaşlı Perkova bu vəziyyətdən çox məmnun olduğunu bildirib.  Saçlarını 1.65 santimetrə qədər uzatmağı bacaran Perkova, onların daha çox uzanmasını istəyir. Ailəsi də bu məsələdə onu dəstəkləyir. 10 ildir evli olan Perkova, ərinin saçlarını çox bəyəndiyini və saçlarının böyüməsində ona dəstək olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3303
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar