Düzgün alt paltarı   necə seçilməli və istifadə edilməlidir?
02 oktyabr 2023 12:56 (UTC +04:00)

Düzgün alt paltarı necə seçilməli və istifadə edilməlidir?

Alt paltarı seçərkən diqqət etməli olduğumuz məqamlar var. Bu məqamlardan ən önəmlisi camaşırların rahat və sağlam olmasıdır. Gigiyenaya ən çox ehtiyac duyulan və xəstəliklərin ən asan yoluxduğu bu iç geyimləri seçərkən olduqca vasvası olmaq lazımdır. 

Lent.az xəbər verir ki, alt paltarı seçərkən materialına fikir vermək əsasdır. Alt paltarı məhsulları alarkən neylon növlərindən uzaq durmalı, pambıqdan olanlara üstünlük verilməlidir. Xüsusilə həssas dərili insanlar buna mütləq diqqət etməlidirlər.

Bəzi qadınlarda alt paltarın elastik hissəsinin dəri ilə təmas etdiyi nahiyədə allergiya yarana bilər. Əslində bu nahiyələrdə təzyiqə görə qaşınma və ya qızartı da əmələ gəlir. Ona görə də insanlar nəyə qarşı allergiyası olduğunu, hansı alt paltarının onlara uyğun olduğunu əvvəlcədən müəyyənləşdirməlidir. Bundan əlavə, alt paltarınız üstünüzə dar olmamalıdır, sırf gözəl və ya dəbli olduğu üçün aldığınız məhsulları geyinməməlisiniz. 

Alt paltarı alarkən və istifadə edərkən aşağıdakılara mütləq diqqət edilməlidir: 

Alt paltarınızı tez-tez dəyişdirin.

Sinəni sıxan büstqalter modellərindən qaçın, ölçü və bədən quruluşunuza uyğun büstqalter istifadə etməyə çalışın.

Doğuşdan sonrakı dövrdə bədəninizə uyğun ana südü üçün büstqalter alın və sinə yastığı istifadə edin. Vücudunuza uyğun, rahat və dar olmayan alt paltarı geyinin.

Materialı pambıq olan alt paltarı istifadə edin. 

Alt paltarınızı yuyarkən yumuşatıcıdan istifadə etməyin. Yumşaldıcılar və bəzi yuyucu maddələr da camaşırların səthində qalır və kimyəvi qıcıqlanmaya səbəb olur. Bəzi mikroorqanizmlər nəmli, isti mühitlərdə neylon və neylon qarışıq məhsullarda daha tez çoxalırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36918
avatar

Oxşar yazılar