Dünyanın ən  məşhur idman ayaqqabısı  brendi açıqlandı –  SİYAHI
09 avqust 2023 12:38 (UTC +04:00)

Dünyanın ən məşhur idman ayaqqabısı brendi açıqlandı – SİYAHI

Dünyanın ən məşhur idman ayaqqabısı brendi açıqlanıb.

Lent.az xəbər verir ki, siyahıya qlobal bazarda payı 18 faiz təşkil edən “Nike” brendinin məhsulları başçılıq edir.

Analitiklərin fikrincə, “Nike”a məxsus olan “Jordan” (11 faiz) və “Converse” (4 faiz) brendləri də ikinci və yeddinci yerləri tutublar.

Eyni zamanda, “Adidas” ayaqqabıları üçüncü yeri (9 faiz), “Skechers” və “Vans” isə dördüncü yeri (hər biri 7 faiz) bölüşdürüb. “Moonstar” altıncı yerdə (5 faiz), “New Balance” isə “Converse” ilə birlikdə yeddinci yerdə qərarlaşıb.

İdman ayaqqabısı bazarı hazırda 75 milyard dollar dəyərində qiymətləndirilir. Eyni zamanda, illik satışların 2028-ci ilə qədər təxminən 100 milyard dollara çatacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3918
avatar

Sevinc Fərid

Oxşar yazılar