Dərinin cavan qalması üçün  şərabın faydaları
27 iyul 2023 14:44 (UTC +04:00)

Dərinin cavan qalması üçün şərabın faydaları

Mütəxəssislər şərabın dərinin cavan qalması üçün faydalarından danışıblar.

Lent.az xəbər verir ki, şərab dərinin elastikliyini və nəmlənməsini yaxşılaşdırır.

Bununla bağlı aparılan sınaqlarda 40-67 yaş arası 17 qadının məlumatlarını tədqiq ediblər və onları təsadüfi olaraq iki qrupa ayırıblar: alkoqolsuz şərab içənlər və plasebo içkisi içənlər. Plasebonun dadı şərab kimi olsa da, tərkibində polifenollar yoxdur.

İştirakçılar altı həftə ərzində hər gün 300 mililitr (iki stəkan şərab) təyin edilmiş içki içiblər. Daha sonra üç həftəlik fasilə veriblər və daha altı həftə başqa içkiyə keçməyiblər.

Tədqiqatçılar təqibin əvvəlində və hər altı həftəlik dövrün sonunda subyektlərin dəri vəziyyətini, o cümlədən iltihabın və oksidləşdirici stressin biomarkerlərini ölçüblər. Onlar belə nəticəyə gəliblər ki, muskat şərabı içmək dərinin elastikliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və həmçinin transepidermal su itkisini azaldır, yəni dəridə daha təsirli maneə funksiyası yaranır. O da qeyd edilib ki, şərab içməklə qırışların sayını azaltmaq arasında əlaqə olmayıb.

Ehtimal edilir ki, bu, kimyəvi birləşmələrin - polifenolların təsiri ilə bağlıdır ki, onlar bir çox bitkilərdə olur. Ancaq qırmızı muskat üzümlərində onların tərkibi unikaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Sevinc Fərid

Oxşar yazılar

Yayda bu ayaqqabılar  dəbdə olacaq

Yayda bu ayaqqabılar dəbdə olacaq

22 iyun 2024 , 15:04
Mandarin qabığı ilə ÜZ TƏMİZLƏMƏYİN  faydaları

Mandarin qabığı ilə ÜZ TƏMİZLƏMƏYİN faydaları

20 iyun 2024 , 10:36
Cins şortları  bu geyimlər əvəz edəcək

Cins şortları bu geyimlər əvəz edəcək

17 iyun 2024 , 10:58
Dünyanın ən uzun gəlinlik  donu tikildi – REKORD

Dünyanın ən uzun gəlinlik donu tikildi – REKORD

7 iyun 2024 , 19:34
 Ən təhlükəli   yay ayaqqabıları AÇIQLANDI

Ən təhlükəli yay ayaqqabıları AÇIQLANDI

3 iyun 2024 , 18:06
Heç vaxt dəbdən düşməyən  TREND

Heç vaxt dəbdən düşməyən TREND

30 may 2024 , 14:26
Yay ayları üçün ən dəbli paltarlar  açıqlandı

Yay ayları üçün ən dəbli paltarlar açıqlandı

29 may 2024 , 08:09
Düzgün makiyajla cavanlaşmağın yolu

Düzgün makiyajla cavanlaşmağın yolu

24 may 2024 , 17:39