Çəhrayı rəngli eynək taxmağın SƏBƏBİ
22 aprel 2023 15:55 (UTC +04:00)

Çəhrayı rəngli eynək taxmağın SƏBƏBİ

Stilist Lisovets çəhrayı rəngli eynək taxmağa çağırıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur stilist Vladislav Lisovets öz saytında yeni mövsümdə rəngli linzalarla, dəbli eynəklərin aktuallığından danışıb.

O qeyd edib ki, şüşənin hər rənginin özünəməxsus xüsusiyyətləri var.

Beləliklə, görüntüyə təravət vermək üçün Lisovets çəhrayı linzalı eynək taxmağı məsləhət görüb. Daha cəlbedici və sərt görünmək istəyənlər üçün qəhvəyi və ya narıncı rəngli, göz yorğunluğunu azaltmaq istəyənlər üçün isə yaşıl rəngli eynək seçmək daha yaxşıdır. Mavi linzalı eynəklər yay görünüşü yaratmağa kömək edəcək.

Stilist vurğulayıb ki, rəngli eynəklər taxmaq üçün parlaq günəşi gözləmək lazım deyil: onlar istənilən havada və günün istənilən vaxtında aktualdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Fidan İlqar

Oxşar yazılar