8 MART üçün qadınlara ala biləcəyiniz hədiyyələr
07 mart 2023 12:05 (UTC +04:00)

8 MART üçün qadınlara ala biləcəyiniz hədiyyələr

Sabah 8 martdır. Beynəlxalq qadınlar günü... 

Bu xüsusi gündə ən çətin məsələ qadınlara alınacaq hədiyyələrdir. Qadınlar hədiyyə mövzusunda çox həssasdırlar. Ancaq kişilər üçün xanımlara hədiyyə seçmək əslində çox məşəqqətli bir prosesdir. 

Bəs, 8 martda xanımlara ala bilinəcək hədiyyələr hansılardır? 

Lent.az bir neçə hədiyyə alternativlərini təqdim edir: 

Aksesuar 

Qolbaq, üzük və boyunbağı qadınlar üçün özəl hədiyyələrdən biri ola bilər. Bundan əlavə, saat həm geyiminizi tamamlamaq, həm də tez-tez vaxta nəzarət üçün gözəl seçimdir.

Şal və şərf 

Qəşəng görünməyin ən yaxşı seçimlərindən biri də şaldır. Çünki qadınların bir çoxu şal və şərfləri çox sevirlər. 

Gül 

Təbii ki, klassik qadınlar günü hədiyyəsi olaraq onlara dibçək çiçəkləri, xüsusi hazırlanmış süni çiçəklər, , bağçaya uyğun limon tingləri ən yaxşı alternativlər arasındadır. Belə hədiyyələr verməklər bu günü əbədiləşdirə bilərsiniz. 

Üstü yazılı fincan 

Almaq üçün hədiyyə tapa bilmirsinizsə, ən son seçim üstü yazılı fincan ola bilər. Hədiyyə alacağınız şəxsin adını fincana və ya pul kisəsi, qələm kimi əşyaların üzərinə də yazdıra bilərsiniz. 

Ətir

Ətirlər qadınların olmazsa olmazıdır. Qarşınızdakının necə bir qoxudan xoşlandığını bilirsinizsə, bu sizin üçün vəziyyəti daha da asanlaşdıracaq. 


 

 

# 2697
avatar

Sevinc Fərid

Oxşar yazılar