2023-cü ildə gəlinlik geyimləri necə olacaq? - Dizaynerlər DANIŞDI
29 dekabr 2022 14:36 (UTC +04:00)

2023-cü ildə gəlinlik geyimləri necə olacaq? - Dizaynerlər DANIŞDI

Britaniyalı dizaynerlər Cess Key və Rouzi Uilyamsa 2023-cü ildə dəbd olacaq gəlin paltarları barədə  açıqlama veriblər. 
Lent.az  yeni ilin gəlinlik dəbi barədə məlumatı təqdim edir.

Gələn il  atlas parçadan tikilmiş qısa gəlinliklər dəbə düşəcək. Belə paltarlar ağ qu tükləri və palaq dekorlarla bəzədiləcək.
Transformer  gəlin donları da dəbdə olacaq. Gəlin  eyni geyimi istərsə uzun, istərsə şleyflə, istərsə də qısa geyinə biləcək.
Krujeva gəlinliklər həmişəki kimi yenə dəbdə olacaq.

Dizaynerlər həmçinin şalvarla tamamlanan ağ kostyumların, toydan sonra da qarderobda istifadə edilə biləcək ağ libasların alınmasnı tövsiyə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar