"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardini canlı yayımda aldadan və boşanma qərarı verən Vanda Nara ilə bağlı problem davam edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, boşanma prosesi zamanı Vanda və İkardi aktivlərini bərabər şəkildə bölüşməli olacaqlar. Cütlüyün var-dövləti Argentina mətbuatında belə qiymətləndirilib.
Vanda Nara ayrıldıqlarını elan etdikdən bir neçə həftə sonra cütlük barışıb. Cütlüyün xoşbəxtliyi qısa sürüb və bu yaxınlarda Vanda Nara İkardidən ayrıldığını açıqlayıb.
3 milyon avro onun “Sampdoriya”da oynadığı vaxtdan qalan qazancıdır.
İkardidən narazı olduğunu bildirən Vanda, 'Transfer dövründə İkardini Argentinaya aparmaq istədim, amma gəlmədi. Məni yox, “Qalatasaray”ı seçdi” deyib.
30 milyon avro onun "İnter"də oynadığı vaxtdan qalan qazancıdır.
PSJ-yə transferdən 20 milyon avro gəlir əldə edib.
Onların üç malikanəsi var: İtaliyada, Argentinada və Parisdə. Ümumilikdə onun dəyəri təxminən 10 milyon avrodur.
1 milyon avro ətrafında üç lüks avtomobil.
İkardinin illik maaşı hazırda oynadığı "Qalatasaray"da 10 milyon avroya yaxındır.
Cütlüyün bu günə qədər ümumi aktivlərinin təxminən 77 milyon avro olduğu təxmin edilir. İddialara görə, Vanda İkardidən ayrılmaq üçün ən azı 38,5 milyon avro istəyir.