Ukraynanı müdafiə etdilər:  Ərlə arvad “Azovstal”da öldü
16 may 2022 19:22 (UTC +04:00)

Ukraynanı müdafiə etdilər: Ərlə arvad “Azovstal”da öldü

Mariupol uğrunda döyüşlərdə Donbassdan olan gənc həyat yoldaşları Taranovlar öldürülüb. Alla və Vitali birlikdə Ukraynanı müdafiə edirdilər. “Azovstal”da Rusiya hərbçiləri tərəfindən öldürülüblər.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə “Azov” alayının komandiri Svyatoslav Palamar məlumat yayıb. 

Alla və Vitalinin azyaşlı oğlu yetim qalıb. 

“Bu ailə mənə çox yaxın idi. Onlar burada, Mariupolda öldülər. Taran Vitali və Taran Alla. İkisi də Krasnoqorovkadan idilər, 2014-cü ildə buradan gediblər. Könüllü kimi gəlmişdilər. “Azov” alayı yaradılandan burada idilər. Mətbəxdə işləyirdilər. Sonra xidmətə yaıldılar. 

Alla kargüzar, Vitali maliyyə rəisi idi. Döyüşlərin birində yaralandı, lakin xəstəxanaya getmədi. Öz bölməsində qaldı”, - Palamar bildirib.

Əsl qəhrəmanlar

Vitali və Alla ailələrini “Azov”da qurmuşdular. Onların ilk övladı Mariupolda dünyaya gəlib, axıra qədər bir yerdə idilər.

"Bunlar əsl insanlar idi. Əsl. Gənc və həyata susamış. Alla bir vaxtlar bərbər işləyirdi, manikür edirdi. Və ətrafdakı hər şeyin gözəl olmasını istəyirdi. O, həmişə şirkətin ruhu olub. Təşəbbüskar idi. Vitali həmişə özündən çox başqaları haqda düşünürdü. Onun gözəl səsi var idi və çox gözəl oxuyurdu”, - Palamar xatırlayır.

Vitali Taran aprelin 15-də həlak olub, Alla dul qalıb. Mayın 8-də isə Rusiya ordusunun atdığı bomba onu da öldürüb. 
 

# 3789
avatar

Oxşar yazılar