Sürpriz nikahdan  şəkillər paylaşıldı - FOTO
26 yanvar 2023 14:33 (UTC +04:00)

Sürpriz nikahdan şəkillər paylaşıldı - FOTO

Türkiyəli tanınmış müğənni Özcan Dəniz iki ildir birlikdə olduğu iranlı sevgilisi Samar Dadgarla süpriz şəkildə evlənmişdi.

Lent.az xəbər verir ki, cütlük nikah şəkillərini çox gecikdirməyib. Belə ki, ifaçı Özcan Dəniz yoldaşı ilə şəklini ürək emojisi ilə paylaşıb. Dadgar isə paylaşımı bu mesajla cavablayıb:

“Mən səni seçirəm... Və təkrar-təkrar səni seçəcəyəm!

Tərəddüd etmədən, şübhəsiz, hər ürək döyüntüsündə...

Yüzlərlə dünyada, yüzlərlə həyat içində, mən yenə səni seçərdim. Səni tapardım, həyat yoldaşım”.

Qeyd edək ki, cütlük yanvarın 20-də nikah masasına oturmuşdular. Onların nikahı izləyiciləri təəccübləndirmişdi. Özcan Dənizin anasının isə bu evliliyə qarşı olduğu deyilir.

# 3522
avatar

Sevinc Fərid

Oxşar yazılar