Mark Zukerberq həyat yoldaşı Priscilla Çana çox romantik bir hədiyyə edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, dostu, bəstəkar T-Painin köməyi ilə o, ona uzunmüddətli münasibətlərini simvolizə edən mahnı bağışlayıb.
"Facebook"un qurucusu "Instagram"da bir fotoşəkil yerləşdirərək, xanımı ilə ilk dəfə tanış olarkən bu musiqi altında rəqs etdiklərini yazıb.
"Biz hər il yubileyimizdə ona qulaq asırıq. 21 il sonra da səni ilk gördüyüm gün qədər sevirəm, Prisila” ,- Mark yazıb.