Gürcüstanın Bolnisi bölgəsinin sakini arvadının saçını qırxaraq qadının alçaldılmasını əks etdirən videonu dostlarına göndərib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə Naxiduri kəndində (Kvemo Kartli bölgəsi) baş verib.
İddialara görə, zorakılıq “xəyanət zəminində” baş verib.
19 yaşlı arvadını fiziki və sözlü təhqir edən şəxsin görüntüləri sosial şəbəkədə onlarla insan tərəfindən paylaşılıb.
Video internetdə yayıldıqdan sonra polis araşdırmalara başlayıb. Həmin şəxs məişət zorakılığı ittihamı ilə saxlanılıb və hazırda məhkəmənin hökmünü gözləyir.