İspaniyanın Mayorka çimərliyində cinsi əlaqədə olan cütlük kameralara tuş gəlib. Vəziyyətin şahidi olan yaşlı qadın başmaqlarını götürərək cütlüyü döyüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, iyulun 7-də çəkildiyi deyilən kadrlarda çimərlikdə gələnlərə məhəl qoymayan cütlüyün cinsi əlaqədə olduğu görünür. Playa de Palmada baş verən hadisədə çimərlikdə cinsi əlaqədə olan cütlüyün heç kimin vecinə almaması diqqət çəkir.
Cütlüyün bu halını görən yaşlı qadın başmaqlarını çıxarıb hər ikisini vurmağa başlayır. Yaşlı qadın cütlüyə qışqırır: "Otelinizə gedin". Ancaq cütlük ayrılmamaqda israrlıdır. Daha sonra yaşlı qadına daha iki nəfər qoşulur və onlar ər-arvadın çimərliyi tərk etməsi üçün mübahisə edirlər.
Cütlük isə çimərlik ziyarətçilərinin cinsi hərəkətlərini dayandırmaq üçün israrlı çağırışlarına qulaq asmaması izləyənləri hiddətləndirib. Başqa bir qadın hələ də cinsi əlaqədə olan cütlüyün üstünə bir ovuc qum ataraq onlardan cinsi hərəkətlərini dayandırmağı xahiş edib.
Nəhayət, cütlük çimərliyi tərk etmək qərarına gəlir