Onlar da  boşandılar
23 sentyabr 2022 12:55 (UTC +04:00)

Onlar da boşandılar

"Qalatasaray"ın futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara argentinalı ulduzla ayrılmaq qərarına gəldiklərini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, xəbəri şəxsi “Instagram” hesabında yayan  Vanda Nara mövzu ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib:

"Bu anı yaşamaq mənim üçün çox ağrılıdır. Ancaq məruz qaldıqlarım və medianın fərziyyələrinə görə çox təfərrüatlara varmaq istəmirəm. Daha dəqiqləşdirəcək heç nəyim yoxdur. Bu ayrılıq haqqında daha ətraflı ipucu verməyəcəyəm. Zəhmət olmasa, təkcə mənim üçün deyil, uşaqlarımız üçün də anlamlı olun. Sizdən xahiş edirəm".

# 4377
avatar

Oxşar yazılar