Bu maraqlı iddianın sahibi, dünya şöhrətli xəyanət saytı Aşley Maidenin sahibi Noel Bidermandır.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Noel Biderman münasibətləri və hətta evlilikləri sona çatdıran xəyanət haqqında hər kəsi təəccübləndirən açıqlama verib. Onun sözlərinə görə, "aldatmaq evliliyinizi xilas edir".
Noel Biderman bildirib ki, heç bir kişi və ya qadın təkarvadlı, yaxud da tək kişili deyil. Veb sayt sahibi "evli kişilərin yüzdə 80-i arvadını aldadır" deyir və bu nisbət qadınlar üçün yüzdə 40 faizdir. Noel Bidermanın fikrincə, önəmli olan aldatmaq deyil, yaxalanmamaqdır. Çünki aldatmaq, əslində münasibətlərə həyəcan qatır.
Bidermanın qeyri-adi fikirlərindən biri də evlilikdə cinsi həyatın sona çatması məsələsidir. İndiyə qədər həyat yoldaşını aldatmadığını söyləyən Noel Biderman, onunla cinsi əlaqəsinin sona çatması və ya monoton olması halında heç vaxt ayrılmayacağını bildirib. Biderman deyir: "Evlənmək və ailə qurmaq üçün çox çalışdığım qadınla niyə ayrılmalıyam. Bütün bu səylər boşa çıxmaq əvəzinə, kiçik qaçışlarla (aldatmaqla) vəziyyəti xilas edəcəyəm".