Monika Levinski, Bill Klintin
08 sentyabr 2021 19:24 (UTC +04:00)

Monika Levinski, Bill Klintin

Monika Levinski Klintonla qalmaqalından DANIŞDI - "Məndən üzr istəməli idi"

Monika Levinski ABŞ-ın keçmiş prezidenti Bill Klintonla yaşadığı qalmaqala münasibətindən danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, “Amerikanın kriminal tarixi” seriyasının “İmpiçment” üçüncü mövsüm çəkilişinin yayımlanması ərəfəsi danışıb. 

Yeni mövsümdəki süjetdə Levinski və Klinton arasındakı münasibətə, eləcə də sonradan yaranan qalmaqala və ABŞ-ın 42-ci prezidentinə impiçment elan edilməsi cəhdindən bəhs olunur.

Levinski deyib ki, Klinton onun qarşısında üzr istəməli idi. Bununla belə, onun sözlərinə görə, artıq buna ehtiyacı yoxdur. 

Ağ evdə təcrübə keçən Levinskinin Klintonla sevgi romanı haqda 1998-ci ildə məlumat yayılıb. 

Sevgililərin danışıqları ilə bağlı ilk sübutu Ağ evin əməkdaşı Linda Tripp toplayıb. O, Levinski ilə Klintonun danışıqlarını gizli yazıb.

Dövlət başçısı əvvəlcə münasibətlərinin olmasından açıq şəkildə imtina edib, sonra isə Levinski ilə intim münasibətdə olduğunu boynuna alıb.

Klinton yalan danışmaqda ittiham edilib və ona qarşı impiçment prosedurları başladılıb. Senatda keçirilən səsvermədən sonra Klinton günahsız hesab edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4095
avatar

Oxşar yazılar