Keçmiş məşhur sevgililərin  ikinci övladı olacaq   - İDDİA 
04 sentyabr 2022 13:08 (UTC +04:00)

Keçmiş məşhur sevgililərin ikinci övladı olacaq - İDDİA 

İrina Şeyk və Bredli Kuper yenidən gündəmə gəliblər.

Lent.az bildirir ki, xarici mətbuat onların Baham adalarında birgə tətili ilə bağlı söhbətləri səngidən kimi yeni söz-söhbətlər ortaya çıxıb. Şayiələrə görə, keçmiş sevgililər daha bir uşaq haqqında düşünüblər.

 “Bu, əsl ailə tətili idi və onlar yenidən bir araya gəlməyi düşünürlər. O, (İrina Şeyk-red.) qızının qardaşı və ya bacısı olmasını istərdi”, – “Page Six” öz mənbələrinə istinadən yazır.

Xatırladaq ki, İrina Şeyk və Bredli Kuper 5 illik münasibətdən sonra 2019-cu ildə ayrılıblar. Onlar birlikdə 5 yaşlı qızları Leyunu böyüdürlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3576
avatar

Oxşar yazılar