Həyat yoldaşı Moratadan  çox qazanır   -FOTOLENT
13 fevral 2025 19:21 (UTC +04:00)

Həyat yoldaşı Moratadan çox qazanır  -FOTOLENT

"Qalatasaray"ın Alvaro Morata transferi həm Türkiyə, həm də beynəlxalq mətbuatda geniş yer almağa davam edir. Moratanın futbol uğurları ilə yanaşı, ailəsi ilə bağlı çoxlu bilinməyənlər də ortaya çıxıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, "Qalatasaray"ın ispaniyalı ulduzu Alvaro Moratanın keçmiş həyat yoldaşı Elis Kampello 2024-cü ildə qurduğu gözəllik və kosmetika markası ilə 8,8 milyon avro gəlir əldə edib.

Boşanan, lakin eyni evi paylaşan və bir-birini sevən Morata və Elisin 4 övladı var. 2017-ci ildə ailə quran cütlük ötən il boşanıb.

Elis Kampellonun son övladı Bellanın doğulması zamanı bəzi ağırlaşmalar səbəbiylə stresli günlər keçirdiyi və doğuşdan sonra "doğuşdan sonrakı depressiya" keçirdiyi üçün boşanma qərarı aldığı öyrənilib.

O, Morata və Kampellonun övladları Alessandro, Leonardo, Edoardo və Bella ilə birlikdə İstanbulda yeni həyatlarından xoşbəxt olduqlarını və İstanbulu sirli gördüklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar