Cazibədarlığın sirri:  Niyə bir çox qadın qarınlı kişiləri  sevir?
01 dekabr 2025 18:24 (UTC +04:00)

Cazibədarlığın sirri: Niyə bir çox qadın qarınlı kişiləri sevir?

0

Bir çox qadın ideal “pres”ə malik kişilərdən daha çox təbii bədən quruluşuna sahib, yüngül qarınlı kişiləri daha cəlbedici hesab edir.

Lent.az xarici mediaya istinadla bu fenomenin psixoloji tərəfləri barədə xəbər verir.

Mütəxəssislərin məlumatına görə, fiziki mükəmməllik qadınlar üçün həmişə əsas göstərici deyil. Qarıncıqlı kişilər daha çox etibarlı, mehriban və qayğıkeş təsiri bağışlayır. Belə kişilərin daha əlçatan və dostcanlı görünməsi onların uzunmüddətli münasibətlər üçün daha uyğun qəbul edilməsinə səbəb olur.

Sorğular bu tendensiyanı təsdiqləyir:

78 faiz qadın hesab edir ki, qarınqlı kişilər özünə daha çox güvənir.

47 faiz qadın və 58 faiz analar qarıncığı yeni cazibə trendi kimi qiymətləndirir.

83 faiz ana belə bədən quruluşuna malik kişinin yanındakı rahatlığı vurğulayıb.

75 faiz subay qadın isə presli bədən yerinə təbii forma üstün tutur.

Alimlərin qeyd etdiyinə görə, çox əzələli kişilərdə yüksək testosteron aqressiya və dominantlığı artıra bilər. Qarınlı kişilərdə testosteronun daha aşağı olması isə daha az aqressiya və daha çox qayğıkeşlik ilə əlaqələndirilir. Bu səbəbdən onlar ailə dəyərlərinə daha bağlı və emosional olaraq sabit partnyor obrazı yaradır.

Mütəxəssislər bildirirlər ki, müasir cazibə standartlarında qarıncıq qüsur deyil, əksinə, təbii görünüşün, rahatlığın və daha isti xarakterin göstəricisi hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar