Bəy toy zamanı yoxa çıxdı  və bir daha geri qayıtmadı
28 may 2025 18:43 (UTC +04:00)

Bəy toy zamanı yoxa çıxdı və bir daha geri qayıtmadı

Avstraliyada kişi toy zamanı gəlinindən qaçıb və bir daha gəlməyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kylie adlı qadının dediyi kimi, o, altı illik münasibətdən sonra evlənib. Toy mükəmməl keçib – bəy və gəlin fotoşəkillər çəkdiriblər və qonaqlarla əyləniblər. Lakin toy mərasimi zamanı bəy qəfil yoxa çıxıb.

Qadın nə baş verdiyini bilmədən şadlıq otağında tək qalıb. Neçə ay keçsə də, oğlan geri qayıtmayıb.

"İnsanlar onun harada olduğunu soruşanda utanırdım" deyə gəlin bildirir.

Yalnız bir neçə aydan sonra qadın həqiqəti öyrənib: əri indiyədək başqa bir qadınla eşq yaşayırmış. Buna baxmayaraq, toyu təxirə salmayıb. 

Yaşadığı şokdan sonra Kylie boşanıb və zaman keçdikcə özünə gəlib. Lakin qadın artıq evlənmək istəmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270

Oxşar yazılar