Bağışlamaq sağlamlığa mənfi təsir edir – ARAŞDIRMA
14 iyun 2022 14:48 (UTC +04:00)

Bağışlamaq sağlamlığa mənfi təsir edir – ARAŞDIRMA

Çətin həyat vəziyyətlərində insanları müntəzəm bağışlamaq bacarıqlarını inkişaf etdirmək yeni yaradıcı enerji üçün yer açır və münasibətlərdə ahəngliyi qorumağa köməklik edir. 

Psixologiya və tibb sahəsində bir çox müasir tədqiqatlar sübut edir ki, inciklik halları psixoloji və fiziki sağlamlığa zərərdir. Bağışlama, məyusluq, inciklik, özünə inamsızlıqla əlaqəli emosional ağrı və fiziki stress simptomlarını müalicə etməyə kömək edir. 

Amma daxilimizdə bu qədər ağrı və qəzəb varsa, bizi çox incidən insanları necə bağışlaya bilərik? Hətta onu da qeyd edək ki, bəzən kimisə bağışlamaq sağlamlığa mənfi təsir edə bilər. 

Lent.az həmin mənfi təsirləri sizə təqdim edir: 

Yüksək təzyiq 

Birini asanlıqla bağışlamaq bizim üçün qaçırılmaz ola bilər. Həddindən artıq fikirləşmək stressə, bəzən isə yüksək təzyiqə gətirib çıxarır. Stressli hiss etdiyinizdə bədənimiz daha çox hormon istehsal edir. Bu səbəbdən ürəyimiz daha sürətli döyünür və bu prosesdə qan damarlarımız daralır.  

Pis xatirələr 

Bağışlamazdan əvvəl limitlərinizi təyin etmək məsləhətdir. Bu, əsasən həyatlarını və psixoloji sağlamlığını riskə atmış ekstremal təcrübələri olan insanlar üçün tövsiyə olunur. Çünki belə insanlar daha həssas olur və nəticədə pis xatirələr yada düşür. Bu da bir növ sağlamlığa ziyandır. 

Narahatlıq 

Birini zorla bağışlamağa çalışmaq və incidici bir hadisəni unutmaq, dərindən hiss etdiyiniz şeyin səhv olduğunu fikirləşməyə vadar edə bilər. Bu təcrübə travmatik olanda isə daha çox narahatlıq yaradır. Buna görə də çox inadkarlıq etmək lazım deyil. Ürəyinizdən gəlmirsə kimisə bağışlamağa özünüzü məcbur etməyin. 

Sosial münasibətlərə təsiri 

Birinə qarşı əsəbi olmağımıza baxmayaraq onu bağışlamağımız qeyri-adi bir şey deyil. Bu normal haldır. Bu, əslində sizə vəziyyətə nəzarət etmək imkanı verir. Amma həddindən artıq hirs, nifrət zamanla dostlarınızı və tanışlarınızla münasibətinizə zərər vura bilər. 

Günahkarlıq hissi 

Ruminasiya keçmiş səhvlərimizi beynimizdə təkrarlamaq vərdişidir. Bəzən səhv anlaşılmazlığa görə dayanmadan özümüzü günahlandırırıq. Belə vəziyyətdə kimisə bağışlayıb-bağışlamamağı fikirləşmək narahatlıq hissini artırır. Nəticədə bu depressiyaya gətirib çıxarır və yaranan nəticələrə görə özümüzü günahlandırırıq. 

Özgüvən problemi 

Pis bir xatirəni unutmağa çalışmaq və ya bağışlamaq bəzən insanlarda özgüvən problemi yarada bilər. Həmçinin, yaşananları qəbul etmək və ona təslim olmaq vəziyyəti daha da pisləşdirir. Əsasən də səhv olmadığımız məqamlarda bu daha ağırdır.
 

# 4974
avatar

Sevinc Fərid

Oxşar yazılar