Qızla günlük evdə görüşən ZƏNGİN KİŞİNİN  acı aqibəti - Gürcüstana qaçan qatil...
06 iyul 2024 17:05 (UTC +04:00)

Qızla günlük evdə görüşən ZƏNGİN KİŞİNİN acı aqibəti - Gürcüstana qaçan qatil...

İstanbulda günlük kirayə mənzilində öldürülən və meyiti binanın boşluğuna atılan Murat Arpapayın qətli ilə bağlı yeni təfərrüat əldə edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ittihamnamədə qeyd edildiyinə görə, bu cinayətdə şübhəli bilinən Muhterem Perçikli ifadəsində söyləyib ki, Murat Arpapay ilə digər müttəhimlər tərəfindən tanış edilib. Onlar gündəlik kirayəlik mənzilə gediblər və orda Murata hücum olub. Həmin zaman orada olan Doğan Muratı efirlə bayıldıb. Sonra cinayət əməlindəki digər iştirakçı Fateh əlindəki plastik qandalla mərhumun əllərini bağlayıb.

Hazırda bu cinayətlə bağlı istintaq tamamlanıb. 3-ü fərari olmaqla 5 təqsirləndirilən şəxsə ümumilikdə 36 il 3 aya qədər həbs cəzası istənilib. İttiham aktında qeyd olunub ki, Arpapayın əllərinin biləklərindən bağlı olduğu, başında və kürəyində döyülmə izlərinin olduğu aşkar edilib.

Hadisə ilə bağlı araşdırılan təhlükəsizlik kamerası görüntülərində Arpapayın yanında bir qadınla binaya daxil olduğu, qadının həmin gün binadan çıxdığı, lakin daha sonra 3 şübhəli şəxsin binaya daxil olduğu müəyyən edilib. İttihamnamədə Murat Arpapayla birlikdə binaya girən qadının Muhterem Perçikli olduğu da açıqlanıb.

Hadisə ilə bağlı ifadəsinin şübhəli qadın Muhterem Perçikli "Mərhumu tanımıram. Hadisənin baş vermə tarixindən təxminən bir həftə əvvəl Serpil Dəmir məni Şirinevlerdəki kafeyə apardı. Burada məni insanlarla tanış etdi. Azad, Fatih və Doğan məni zəngin, orta yaşlı bir kişi ilə tanış edəcəklərini dedilər. Onların sözlərinə görə, bu adamla internetdə tanış olub və özlərini qadın kimi təqdim ediblər” deyə söyləyib.

Muhterem Perçikli

Qız bir neçə gündən sonra Muratla kafedə görüşüb:

“Azad, Doğan və Fateh də eyni kafedə bizi izləyirdilər. Murat bir şey içdikdən sonra evə getdi. Biz Serpillə Azadın əvvəllər kirayə qaldıqları gündəlik mənzilə getdik. Murat mənzilə gələndə evdə Serpil, Doğan və Fateh var idi, Azad yoxuydu. Fatih və Doğan Murata hücum etdi. Doğan bir parça üzərinə tökdüyü efirlə Muratın ağzını bağladı. Murat buna müqavimət göstərdiyi üçün Fateh və Doğan tərəfindən döyüldü. Əllərini plastik qandallarla arxasına bağladılar. Fatehin əlində şpris gördüm. O, Murata iynə vurmağa çalışdı. Mən və Serpil qorxaraq o biri otağa keçdik. Bir müddət sonra otaqdan çıxanda Murat hərəkətsiz uzanmışdı.

Murat Arpapay

Fatih və Doğan, mənə dedi ki, birinə bir şey desən, axırın belə olacaq. Mənə təkidli telefon zəngi gəldiyi üçün çıxıb işə getdim. Dostum Serpillə işdən sonra görüşdüm. Serpil mənə dedi ki, kişi ölüb və meyiti yuxarı mərtəbənin pilləkənlərində qoyublar, Fatih və Doğan Kiprə qaçıblar, onlar evdə olarkən Azad qurbanın evindən külli miqdarda pul götürməyə gedib".

Azadın evdə pul tapa bilmədiyini də deyən Perçikli, "Bir neçə gün sonra Azad Serpili və məni Pendikə apardı” deyib. Qadını sözlərinə görə, onu təhdid ediblər ki, polis nəsə soruşsa, desin ki, həmin şəxslə internetdə tanış olub, ondan ayrılıb evə getdiyi zaman kişi arxasınca evə girib.

İttihamnamədə qeyd olunur ki, şübhəlilər Fatih Erginoğlu və Doğan Sarıyıldızın hadisədən bir gün sonra Şimali Kipr Türk Respublikasına daxil olduqlarının müəyyən edilib və barələrində həbs qərarı çıxarılıb. Azad ləqəbli digər təqsirləndirilən Ersen Başakın Gürcüstana getdiyi və onun barəsində qırmızı vərəqə ilə axtarış elan edildiyi bildirilir.

Bütün təqsirləndirilən şəxslərin ifadəsinə görə, Azad ləqəbli Ersen Başakın göstərişi ilə razılaşaraq zərərçəkmişi hadisə baş verdiyi mənzilə gətiriblər, zorla zərərsizləşdirib və evinin qarət edilməsi üçün birgə hərəkət ediblər. Zor tətbiqi zamanı isə zərərçəkən ölüb.

Məhkəmənin qəbul etdiyi ittiham aktı çərçivəsində şübhəlilər önümüzdəki günlərdə hakim qarşısına çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12369
avatar

Cavidan HUN

Oxşar yazılar