Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Lent.az Rüfət Mahmudun qısa bioqrafiyasını təqdim edir:
Rüfət Mahmud kimdir?
Rüfət Mahmud 2001-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
O, 2007-ci ilin avqust-sentyabr aylarında Dünya Bankında məsləhətçi kimi fəaliyyət göstərib.
2008-2009-cu illərə isə İqtisadiyyat Nazirliyində departament müdiri vəzifəsini icra edib.
R.Mahmud 2009-2018-cü illərdə Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının sədri olub.
2019-2022-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb.
Rüfət Mahmud bu təyinata qədər harada çalışıb?
O, 2023-cü il yanvarın 11-də “Socar Rus” MMC-nin rəhbəri təyin edilib.