353
14:00
06 May 2009

Ermənilər Ağdamda hərbi təlim keçirlər

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.


APA -nın Qarabağ bürosunun xəbərinə görə, təlimlərdə ağır artilleriya, zirehli texnika və canlı qüvvələr iştirak edir. Təlimlərin bu gün saat 12.00-dan başlandığı bildirilib. Artilleriya və tanklardan açılan atəş səsləri Ağdamın cəbhəyanı kəndlərində eşidilir.


Mərmi partlayışlarından qopan toz dumanı isə təmas xəttinə yaxın ərazilərdən açıq müşahidə olunur.