Azərbaycanın bu klubunda 16 futbolçu koronavirusa yoluxdu
03 dekabr 2020 17:10 (UTC +04:00)

Azərbaycanın bu klubunda 16 futbolçu koronavirusa yoluxdu

“Hələ “Qəbələ” ilə oyundan əvvəl bəzi şübhələrimiz var idi. Hərarəti olan futbolçularımızı həmin matçda oynatmadıq”.

Bunu apasport.az saytına “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov deyib.

39 yaşlı mütəxəssis komandada koronavirusa kütləvi yoluxma halı baş verdiyini söyləyib: “Ötən görüş vaxtı bəzi futbolçularımızda halsızlıq var idi. Oyunun ertəsi günü test verdik, bu gün cavabları gəldi. 16 futbolçunun testi pozitiv çıxıb. Cəmi 7-8 futbolçumuz qalıb ki, onların da 4-5-də koronavirusun əlamətləri var. Bu üzdən məşqləri dayandırdıq. Sabah stadionda dezinfeksiya işləri görülməlidir. Uşaqlara artıq sms gəlib, onların evdən çıxmaları qadağandır. 10 gün ərzində evdən çıxmamalıdırlar”.

Abbasov Premyer Liqanın XII turunda “Zirə” ilə dekabrın 6-da keçiriləcək oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanladıqlarını əlavə edib: “İndiki durumda necə oynamaq olar? Bu, mümkün deyil. Yəqin ki, PFL tezliklə rəsmi cavabını çatdırar”.

# 964
avatar

Oxşar yazılar