
Azərbaycanda qətldə təqsirləndirilən iş adamı Türkiyədə saxlanıldı
Türkiyədə İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan azərbaycanlı iş adamı Saduq Mehdiyev saxlanılıb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, qəsdən adam öldürməkdə və dələduzluqda təqsirləndirilən 33 yaşlı iş adamı İstanbulda Bağcılar rayonunda tutulub.
S. Mehdiyev Azərbaycanda məhkəmə tərəfindən haqqında saxlama barədə qərar verildikdən sonra 2017-ci ildə Türkiyəyə qaçıb, müxtəlif ünvanlarda gizlənib.
Qeyd edək ki, S. Mehdiyev Azərbaycanda özünü tikinti şirkətinin rəhbəri kimi təqdim edərək çoxlu sayda insanı aldadaraq pulunu mənimsəməkdə, mübahisə zamanı isə bir nəfəri bıçaqlayaraq qətlə yetirməkdə şübhəli sayılır.

Oxşar yazılar

Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00
Vüqar Səfərli məhkəməyə müraciət etdi: iş icraata verilib
23 yanvar 2021 , 12:43DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq: ALDANMAYIN!
23 yanvar 2021 , 12:33