Polisə tabe olmayan sürücü tutuldu
03 dekabr 2020 14:56 (UTC +04:00)

Polisə tabe olmayan sürücü tutuldu

Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, dekabrın 1-də gecə saat 1 radələrində Beyləqan ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mersedes” markalı avtomobilə saxla işarəsi verib. Lakin buna baxmayaraq, sürücü hərəkətini davam etdirib. O, avtomobili ilə birlikdə rayon ərazisində saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib. Sürücü T. Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq inzibati qaydada həbs edilib.

# 1174
avatar

Mehman Nəbiyev

Oxşar yazılar