Daha bir vəkil koronavirusdan vəfat etdi
03 dekabr 2020 14:34 (UTC +04:00)

Daha bir vəkil koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat edib.

APA xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, “Lider” Vəkil bürosunun rəhbəri Əli Ələkbərov COVID-19 infeksiyasından dünyasını dəyişib.

Faktı Vəkillər Kollegiyasından APA-ya təsdiqləyiblər. Bildirilib ki, Ə. Ələkbərov müalicə aldığı xəstəxanada bu gün vəfat edib.

Qeyd edək ki, son günlər Vəkillər Kollegiyasının daha bir neçə üzvü - tanınmış vəkillər Tahir Əlirzayev, Yusif Seyidov və Adil İsmayılov da koronavirusdan dünyasını dəyişib.

# 1798
avatar

Oxşar yazılar