
Sabahın havası ilə bağlı bu adamlara XƏBƏRDARLIQ
Dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Aygün İbrahimli
Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16