“Qarabağ” avrokubokların qrup mərhələsində 1505 gündür ev qələbəsi qazana bilmir
03 dekabr 2020 11:39 (UTC +04:00)

“Qarabağ” avrokubokların qrup mərhələsində 1505 gündür ev qələbəsi qazana bilmir

0

Azərbaycan çempionu “Qarabağ” avrokubokların qrup mərhələsində ev qələbəsi qazana bilmir.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi öz meydanında son uğurunu 1505 gün əvvəl əldə edib.

2016-cı il oktyabrın 20-də Qurban Qurbanovun yetirmələri Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Avropa Liqasının həmin matçından sonra ağdamlılar öz meydanındakı qrup görüşlərində qələbəyə həsrətdir.

Təmsilçimiz evdəki son 12 qrup matçında 3 heç-heçə edib, 9 dəfə məğlub olub. Bu gün İsrailin “Makkabi” (Təl-Əviv) klubunu İstanbulda qəbul edəcək “Qarabağ” qardaş ölkədə keçirdiyi ev matçında uğursuz seriyanı qırmağa çalışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1553

Oxşar yazılar