
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Əfqanıstanda Rusiya diplomatik missiyasının avtomobili partladılıb.
APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, paytaxt Kabulda Rusiya səfirliyinin yaxınlığında diplomatik missiyanın avtomobili kustar üsulla düzəldilmiş partlayıcı qurğu ilə partladılıb.
Nəticədə avtomobildə olan diplomatik missiyanın əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar.
İlkin məlumata görə, hədəf diplomatik missiyanın avtomobilinin qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı tipli maşını olub. Lakin, bununla belə Rusiya diplomatlarının terror hücumuna məruz qaldığı istisna olunmur.
Rusiya tərəfi Əfqanıstandan insidenti dəqiq araşdırmağı və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını üçün tədbirlərin görülməsini tələb edib.

Oxşar yazılar

“Danışmaq qadağan edilsin” – Pandemiya əleyhinə TƏKLİF
23 yanvar 2021 , 11:20
ÜST-ün sənədi təsadüfən jurnala göndərildi: ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
23 yanvar 2021 , 09:16
Yüzlərlə hərbçi koronavirusa yoluxdu - VAŞİNQTONDA SƏHLƏNKARLIQ
23 yanvar 2021 , 08:10
Dəhşətli açıqlama: “Britaniya ştamm”ına yoluxan 13 nəfərdən 10-u ölür
23 yanvar 2021 , 03:20
Dünyada koronavirusa təkrar yoluxma SAYI AÇIQLANDI
22 yanvar 2021 , 22:24
Milyarderdən ağlasığmaz təklif - 100 mln. dollar
22 yanvar 2021 , 07:36
Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”
21 yanvar 2021 , 06:22
Çindən yüksək çinli 28 ABŞ vətəndaşına SANKSİYA
21 yanvar 2021 , 03:53