İsveçdə “Ağdam” restoranının yandırılması araşdırılır - RƏSMİ
30 noyabr 2020 18:44 (UTC +04:00)

İsveçdə “Ağdam” restoranının yandırılması araşdırılır - RƏSMİ

“İsveçdə yandırılan restoran “Ağdam” restoranıdır, bununla bağlı Komitənin məlumatı var”.

Bunu APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı deyib. O bunun təxribat olduğunu bildirib.

“Hazırda polis faktla bağlı araşdırmalara başlayıb. Sığorta şirkəti tərəfindən restorana dəymiş ziyan hesablanır. Hadisə barədə yeni məlumatlar olduqca, ictimaiyyətə çatdırılacaq", - V. Vahidqızı əlavə edib.

Qeyd edək ki, ötən gün gecə saatlarında İsveçdə "Garabag" restoranın yandırılması ilə bağlı məlumat yayılmışdı. İlkin məlumata əsasən, hadisəni ermənilər törədib.

# 2077
avatar

Oxşar yazılar