Birmərtəbəli ev əşyalarla birgə yandı
27 noyabr 2020 09:21 (UTC +04:00)

Birmərtəbəli ev əşyalarla birgə yandı

Şəmkirdə ev yanıb.

Lent.az FHN-in saytına istinadla xəbər verir ki, rayonun Tatarlı kəndində ümumi sahəsi 108 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, içərisindəki ev əşyaları və zirzəmisinə yığılan 10 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 985
avatar

Mehman Nəbiyev

Oxşar yazılar