"İnterpol" axtarırdı: Sumqayıtda tapıldı
26 noyabr 2020 16:21 (UTC +04:00)

"İnterpol" axtarırdı: Sumqayıtda tapıldı

Noyabrın 26-da Baş Prokurorluğa Türkiyənin hüquq mühafizə orqanlarının İnterpol kanalları ilə beynəlxalq axtarışa verdiyi Yağmur Erbay Mustafa oğlunu noyabrın 25-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının saxlamasına dair məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Müəyyən edilib ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən həmin ölkənin vətəndaşı, 16.06.1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunub.

1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyəyə ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual  qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt şəhər prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyəyə ekstradisiya məsələsinin həll edilməsindən ötrü zəruri tədbirlər davam etdirilir.

# 3472
avatar

Mehman Nəbiyev

Oxşar yazılar