Narkotiklə saxlanıldı: evindən odlu silah tapıldı
23 noyabr 2020 19:24 (UTC +04:00)

Narkotiklə saxlanıldı: evindən odlu silah tapıldı

0

Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 200 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron da götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1283

Oxşar yazılar