Süni intellekt xəbər aparıcısı oldu
21 noyabr 2020 19:32 (UTC +04:00)

Süni intellekt xəbər aparıcısı oldu

Süni intellekt və neyroşəbəkələr əsasında işləyən kompüter alqoritmləri ildən-ilə daha da inkişaf edir və bir çox işlərdə insanları əvəz edir. Hər kəs internetdən xəbər oxumağa üstünlük vermir: bir çox insanlar xəbərləri televiziya kanalından dinləməyə üstünlük verirlər. Diktor və jurnalistlər gözəl görünüşə, materialı fərdi təqdimetmə tərzinə malikdirlər, bir sözlə, insanı əvəz etmək elə da asan deyil. 

Cənubi Koreya tədqiqatçıları yerli xəbər kanalında çalışan süni zəka texnologiyasına əsaslanan jurnalist hazırlayıblar. Bu yaxınlarda kabel televiziya kanalında süni intellekt xəbər aparıcısı olub.

Lent.az xəbər verir ki,  AI Kim süni intellekti Cu-ha adlı həqiqi xəbər aparıcısının əsasında işlənib hazırlanıb.

Süni intellekt 10 saat ərzində öz real prototipinin səs detallarını, danışıq tərzini və üz ifadələrini öyrənib. Bundan başqa, o, dodaq hərəkətlərini, mimikanı və hətta bədən hərəkətlərini təqlid edir. Bir sözlə, süni intellekt real insandan, demək olar ki, fərqlənmir.
 
Tədqiqatçılar bildiriblər ki, Kim 24/7 rejimində xəbər aparıcısı olacaq ki, bu da adi insan üçün əlçatmazdır. / ictnews

# 2041
avatar

Oxşar yazılar