Türkiyəli müğənni Şahan Dinç ölümdən qurtulub.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı evində olarkən çöldən silah səsi eşidib və pəncərəsindən baxmaq istəyəndə, atılan güllələrdən biri onun gözünə dəyib.
Xəstəxanaya yerləşdirilən müğənninin sağ gözünü itirdiyi açıqlanıb. Faktla bağlı araşdırmalara başlanılıb.