775
15:21
20 Noyabr 2020

“Qalib sərkərdə” adlı mahnı bəstələnib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub.

Lent.az xəbər verir ki, “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur.

Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbə və Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir.

Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün musiqi çarxı hazırlayıb. Musiqi çarxında Azərbaycan Ordusunun şücaəti, Müzəffər Ali Baş Komandanın çıxışları, Azərbaycan xalqına müraciəti yer alıb

Dİgər xəbərlər