Xocalının Quşçubaba kəndinin adı dəyişdirildi
20 noyabr 2020 13:01 (UTC +04:00)

Xocalının Quşçubaba kəndinin adı dəyişdirildi

 Milli Məclisdə “Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsini Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.

S. Novruzov bildirib ki, “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı  kəndi adlandırılması haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub: “Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq  ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2305

Oxşar yazılar