Açıq məkanlarda da maskadan istifadə məcburu olacaq - RƏSMİ
19 noyabr 2020 14:07 (UTC +04:00)

Açıq məkanlarda da maskadan istifadə məcburu olacaq - RƏSMİ

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdiriləcək.

Qeyd edək ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

# 3340
avatar

Oxşar yazılar