Prezidentin sabiq köməkçisi Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, AMEA-nın prezidenti Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifələrindən çıxarılıb.
Bu barədə APA-ya Dövlət İdarəçilik Akademiyasının mətbuat katibi Yusif Ağayev məlumat verib. O qeyd edib ki, akdemiyada kafedra müdiri seçkiləri müsabiqə əsasında aparılır: "Müsabiqə elan olunur və 1 aydan çox vaxt verilir. O müddət ərzində həmin şəxslər müsabiqəyə sənəd vermədikləri üçün onların seçilməsi baş tutmayıb. Yeni şəxslər müsabiqəyəə sənəd verib və seçiliblər".
Y.Ağayev bildirib ki, bir çox kafedralarda dəyişiklik olub.
Qeyd edək ki, Əli Həsənovun vəzifəsinə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev təyin olunub.
R.Mehdiyevin vəzifəsinə isə Rəcəb Rəhimli təyin edilib.